“ADY Express”: Çindən daxil olan konteyner yüklərinin 60 %-i idxal, 40 %-i isə tranzitdir

Çindən Azərbaycana daxil olan konteyner yüklərinin 60 %-i idxal, 40 %-i isə tranzitdir.
Avtosfer.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti olan “ADY Express” MMC-nin Baş əməliyyat inzibatçısı Rəşad Məcidov Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi çərçivəsində təşkil olunan “Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması” panel müzakirəsində deyib.
"İstəyərdik ki, bu nisbət tərsinə olsun – yəni 40 % idxal, 60 % isə tranzit təşkil etsin. Çünki ölkə olaraq bizim prioritetimiz idxal deyil, tranzitdir”, - deyə o bildirib.
R. Məcidov bildirib ki, marşrut tədricən nəqliyyat-logistika deyil, həm də ticarət dəhlizinə çevrilməkdədir: “Çin bu dəhlizi "Bir kəmər, bir yol" və "Yeni İpək Yolu" təşəbbüsləri çərçivəsində daha çox ticarət yolu kimi görür. Çin hökuməti subsidiyalarla yük axınlarını bu marşruta yönəldir. Mənim şəxsi qənaətim budur ki, Çin bu marşrutu ticarət yolu kimi qəbul edir və biz də uyğunlaşmalıyıq. Əgər Çin yüklərinin uzunmüddətli daşıyıcısı olmaq istəyiriksə, biz də bu marşrutu ticarət dəhlizi kimi formalaşdırmalıyıq”.
Onun sözlərinə görə, 2024-cü ildə “ADY Express” tərəfindən Orta Dəhliz vasitəsilə konteyner daşımaları üzrə 120 min TEU həcmində rekord göstərici qeydə alınıb: “ADY tarixində bu qədər yüksək nəticə heç vaxt olmayıb. Bu, onu göstərir ki, konteyner daşımalarına maraq artır və bu marşrut əsasən hazır məhsulların daşınması üçün istifadə olunur. Bu marşrutdan aktiv istifadə edən əsas ölkə isə Çindir. Ölkə bu marşrutla əsasən hazır məhsullar ixrac edir, xammal idxalı isə nisbətən azdır”.
R. Məcidov vurğulayıb ki, Orta Dəhlizin davamlı və çevik şəkildə fəaliyyət göstərməsi əsas prioritetlərdəndir: “Marşrut üzərində bəzi təbii məhdudiyyətlər var – iki dəniz və dörd liman mövcuddur. Şimal marşrutu ilə müqayisədə burada infrastruktur baxımından məhdudiyyətlər var və bu obyektiv səbəblərlə əlaqədardır. Amma biz çalışırıq ki, marşrutu daha axıcı və davamlı hala gətirək".
Xatırladaq ki, 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.
Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












