Astara-Bakı-Həştərxan konteyner qatarı işə salına bilər

Azərbaycan “Astara (İran)-Bakı (Azərbaycan)-Həştərxan (Rusiya)” konteyner qatarının işə salınması imkanlarını nəzərdən keçirir.
Avtosfer.az xəbər verir ki, bu barədə TASS-a Həştərxan vilayətinin Xarici Əlaqələr Nazirliyindən məlumat verilib.
Qurumdan qeyd edilib ki, Azərbaycanla Həştərxan vilayəti arasında əsas yük axını dəmir yolu vasitəsilə həyata keçirilir və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qərb qolu ilə göndərilir. Bu istiqamətdə Rusiyaya Azərbaycandan mallar, həmçinin İran, Türkiyə və Hindistandan tranzit yüklər daşınır.
“Bu gün Azərbaycan tərəfi Kutum stansiyasında yerləşən Həştərxan dəmir yolu qovşağının infrastrukturundan istifadə etməklə Astara-Bakı-Həştərxan marşrutu üzrə konteyner qatarının işə salınması imkanlarını nəzərdən keçirir”, - məlumatda vurğulanıb.
Bildirilib ki, layihənin “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) iştirakı ilə həyata keçirilməsi planlaşdırılır. ADY-nin nümayəndələri artıq Həştərxana səfər ediblər və əməkdaşlıq perspektivlərini müsbət qiymətləndiriblər.
“Eyni zamanda, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Transxəzər hissəsi vasitəsilə yük daşımalarının artırılması istiqamətində fəal iş aparılır. Biz gözləyirik ki, Xəzər klasterində güclərin istismarı, xüsusilə liman infrastrukturunun və konteyner qovşağının istifadəyə verilməsi ilə Azərbaycanla dəniz yük daşımalarının aktuallığı artacaq”, - qurumdan qeyd edilib.
Xatırladaq ki, 2024-cü ilin mayında Həştərxan vilayəti ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın inkişafı üzrə 2024-2026-cı illər üçün proqram imzalanıb. Sənəd Həştərxan logistika qovşaqları vasitəsilə Azərbaycandan Rusiyaya və əks istiqamətdə yükdaşımaların inkişafı üzrə birgə işi, qarşılıqlı işgüzar missiyalarda, sərgilərdə, mədəniyyət, təhsil, gənclər və idman tədbirlərində iştirakı nəzərdə tutur.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












