“Bağırov” körpüsünün su altında qalmasının səbəbkarı bu şirkətdir

“Bağırov” körpüsünün növbəti dəfə su altında qalmasına səbəb yenidənqurma zamanı buraxılmış layihə və nəzarət səhvləri olub. Körpünün 2010-cu illərdəki rekonstruksiyası zamanı giriş yolları uzadılıb və səviyyə 2 metrə yaxın endirilib. Bu isə nəticədə həmin əraziyə toplanan suyun miqdarını kəskin artırıb.
Avtosfer.az xəbər verir ki, bu sözləri memar Elçin Əliyev leysan xarakterli yağışlardan sonra sözügedən körpünü su basma səbəbi barədə danışarkən deyib. O bildirib ki, körpüdə aparılan yenidənqurma zamanı bu cür risklər nəzərə alınmayıb:
“2010-cu illərin əvvəllərində Bağırov körpüsü yenidən quruldu. Görülən işlərin nəticəsində, körpüyə giriş yolu (aeroport tərəfdən) təxminən 2 metr aşağı salındı və uzunluğu əlavə 500–600 metr artırıldı. Bu isə əvvəlki dövrlərlə müqayisədə körpünün altında daha çox su yığılmasına səbəb oldu.
Maraqlıdır, mütəxəssislər belə bir vəziyyəti əvvəlcədən görürdülərmi (görməmələri mümkün deyildi), amma körpünün yenidən qurulması zamanı suyu çəkən nasosların sayı və kanalizasiya ötürücülük qabiliyyəti əvvəlki səviyyədə saxlanıldı. Bu da, nəticədə, körpünün altındakı sahənin tez-tez su altında qalmasına və hərəkətin dayanmasına gətirib çıxardı. Bunu layihəçilərin səhvi hesab etmək olar.
Ən maraqlısı budur ki, yeni tikilmiş yan tunellərdə belə bir su basması müşahidə olunmur, çünki orada uyğun avadanlıq quraşdırılıb”.
Memar bildirib ki, aparılan yenidənqurma işləri belə faciəvi hallar və fəlakətlərlə müşayiət olunur:
“Halbuki işlərin şəffaf aparılması və dövlət nəzarətinin düzgün təşkili ilə bunların qarşısını almaq mümkün olardı”.
Xatırladaq ki, “Bağırov” körpüsündə yenidənqurma işləri 2008-2010-cu illərdə aparılıb. Yenidənqurma işləri Türkiyənin “Kolin” şirkəti tərəfindən həyata keçirilib. Sözügedən şirkət hazırda işğaldan azad edilmiş ərazilərdə bir sıra infrastruktur layihələrinin icrasında iştirak edir.
Şirkət Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun, Göygöldən Kəlbəcərə magistralın çəkilişində, Əhmədbəyli- Horadiz-Mincivan-Ağbənd avtomobil və Horadiz-Mincivan- Ağbənd dəmir yollarının, Qarabağda qurulan yeni hava limanlarının inşasında iştirakçıdır.(tribuna.info)
Bu yollarda tıxac var - SİYAHI
Çindən sonra daha bir ölkə elektron qapı tutacaqlarını məhdudlaşdırır – RƏSMİ
Azərbaycanda İLK: Sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək
Bakıda 11 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur - YENİLƏNİB - SİYAHI - FOTO
Azərbaycanın logistika mərkəzinə çevrilməsi üçün yeni imkanlar yaranır – AÇIQLAMA
İyulda suda boğulma və günvurma halları artıb – RƏSMİ STATİSTİKA
Orta Dəhlizdə yeni layihə: Azərbaycanın mövqeyi daha da möhkəmlənir
Jurnalist-ekspert SSRİ bayrağı ilə yürüşə görə həbs edildi - FOTO
On il əvvəl Ərdoğana edilən sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər yaxalanıb
Paşinyan yenidən Ermənistanın baş naziri oldu - YENİLƏNİB - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO










