Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - VİDEO

Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə doqquzuncu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.
Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində ağır yanıq xəsarətləri alan şagirdin atası Məmməd Vəliyev Baku TV-nin qaynar xəttinə müraciət edərək məktəb rəhbərliyinin hadisədən sonra nümayiş etdirdiyi münasibətdən şikayətlənib.
"Övladımı təhsil almaq üçün məktəbə göndərdim, lakin uşağımın üzərinə orada benzin tökərək yandırıblar", - deyə Məmməd Vəliyev həmin hadisəni xatırlayıb.
Onun sözlərinə görə, hadisədən yeddi ay keçməsinə baxmayaraq, məktəbin direktoru Samir Mehdizadə, sinif rəhbəri və psixoloq uşağın səhhəti ilə maraqlanmayıb, ailəyə hər hansı dəstək göstərməyiblər.
"Samir Mehdizadə bir dəfə də olsun gəlib qapımızı döyməyib ki, ay Murad, bu nə hadisədir gəlib sənin başına? Ölmüsən, qalmısan, nə kömək lazımdır sizə? Heç veclərinə də deyil, elə bil belə də olmalı idi", - deyə şikayətçi bildirib.
Atanın iddiasına görə, hadisə zamanı məktəb direktorunun müavini və sinif rəhbəri ərazidə olsalar da, uşağa yardım göstərməyiblər. Sinif yoldaşının yandığını görərək ona kömək etməyə çalışan Ayaz Quluzadə də yanıq xəsarətləri alıb.
Mayın 26-dək reanimasiyada müalicə alan uşağın sonrakı müalicəsini ailəsi ev şəraitində davam etdirib. M.Vəliyev bildirib ki, sentyabrın 13-dək övladının sarğılarını özü dəyişib, hazırda isə uşağın müalicəsi Türkiyədə davam etdirilir.
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO












