Bakıda polislə toqquşma niyə artıb? – Səbəblər…

Son zamanlar Bakıda polislə cinayətkarların toqquşması artır. Bu, vətəndaşlar arasında ciddi narahatlığa səbəb olur. Təxmini iki ay öncə Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əməliyyat zamanı silahlı insident yaşanıb ki, nəticədə 3 polis əməkdaşı həlak olub. Ötən həftə isə Sabunçuda ard-arda iki hadisə baş verib.
Əsas müzakirə olunan məsələlərdən biri də bu cür əməliyyatlarda polisə müqavimət göstərən şəxsin zərərsizləşdirilməsidir (tabel silahla öldürülməsi).
Avtosfer.az-ın məlumatına görə, bu barədə Globalinfo.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, ilk növbədə 2024-cü ilin birinci yarısında ölkədə baş verən cinayət hadisələrinin göstəriciləri ilə bağlı məsələlərə diqqət yetirmək lazımdır.

Əliməmməd Nuriyev
Onun sözlərinə görə, bu müddət ərzində ölkədə cinayətkarlıq göstəricilərində artım müşahidə olunur:
“İlin ilk 6 ayında qeydə alınmış cinayət əməllərinin sayı 42.6 faizi Bakının payına düşür. Bu dövrdə ağır və xüsusi ağır cinayətlərin sayı artıb. Xüsusilə də narkotik maddələrin qanunsuz dövriyyəsində ciddi yüksəliş var. Narkotiklə əlaqədar cinayətlərin sayı əvvəlki illə müqayisədə 46 faiz artıb. Faktlar üzrə ölkədə 1 ton 843 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Eyni zamanda ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərin də sayında 25 faiz artım var. Bu artımlar isə xuliqanlıqla bağlıdır. Həmçinin ağır cinayətlər törədən kriminal qrupların sayı da əvvəlki illərlə müqayisədə 22 faiz artıb. Heç şübhəsiz ki, polis üzərinə düşən vəzifəni icra etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlərdən, o cümlədən güc tətbiqindən, silahdan da istifadə etmək məcburiyyətində qalır. Çünki ona qarşı müqavimət göstərən kriminal qruplardır. Biz görürük ki, cinayətkarlar yetərli qədər peşəkarlaşıblar. Dünyanın hər bir yerində bu cür cinayətkar qruplaşmalara qarşı sərt mübarizə üsulu seçilir. Təəssüf ki, cinayətkarlarla mübarizə zamanı polislərimizin də həlak olmasının şahidi oluruq”.
Ə.Nuriyev deyib ki, zərərsizləşdirilənlər adətən, əvvəllər dəfələrlə cinayət törətmiş şəxslər olur:
“Onların həyatı cinayətkarlıqla məşğul olmaqla keçir. Bu adamlar üçün geri dönüş məsələsi də yoxdur. Onlar əməliyyat zamanı maksimum dərəcədə çalışırlar ki, ələ keçməsinlər. Ona görə də, sona qədər müqavimət göstərirlər. Polis də məcbur qalıb, bu davranışı seçir. Bizi belə cinayətkar dəstələrdən qoruduğu üçün polislərimizə təşəkkür etməliyik. Polisin davranışı qanuna uyğundur, adekvatdır. Hər bir cinayətkar bunu aydın şəkildə dərk etməlidir ki, burada geri dönüş ola bilməz”.

Rəşad Rza
Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza baş verənləri təxribat adlandırıb:
“Bu, təxribat xarakterli də ola bilər. Bilirsiniz ki, Azərbaycan dünya miqyaslı tədbirə – COP29-a ev sahibliyi edəcək. Bununla bağlı da qarışıqlıq salmaq planlarının olması mümkündür”.
Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!
Səidin küsmə dərsi bizə nəyi öyrədir? - Elşad Hacıyevdən AÇIQLAMA
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR
Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları...
Bu icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış











