Benzin bitdi, maşın yolda qaldı - Bu halda sürücü cərimə edilə bilər?

Bəzi sürücülər yola çıxarkən benzinlə bağlı məsələyə xüsusi diqqət yetirmirlər. Avtomobilin benzini azalır, bəzən isə tam bitir və nəticədə maşın hərəkət hissəsində qalaraq yolda dayanır. Bu hal yalnız şəxsi narahatlıq deyil, əgər avtomobil yolu bloklayırsa, həm sürücülər, həm də digər nəqliyyat vasitələri üçün təhlükə yaradır.
Bu pozuntunun cəriməsi var?
Avtosfer.az xəbər verir ki, bu barədə Day.az məsələni araşdırıb.
Qanunlara görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsində yolun aktiv hissəsində dayanma və durma qaydalarının pozulmasına görə cərimələr nəzərdə tutulur. Maddəyə əsasən, dayanma və ya durma qaydalarının pozulmasına görə sürücü 20 manat məbləğində cərimələnə bilər. Beləliklə, əgər benzin tükəndiyi üçün avtomobil yolun ortasında qalırsa və bu, digər nəqliyyat vasitələrinin və ya piyadaların hərəkətinə mane olursa, sürücü 20 manatlıq cərimə ilə üzləşir. Yəni konkret olaraq benzin bitdiyi üçün cərimə yoxdur, yalnız dayanma-durmanı pozduğu üçün sürücü cərimələnə bilər. Bununla yanaşı, bəzi hallar cərimənin tətbiq olunmamasına səbəb ola bilər. Əgər sürücü avtomobili mümkün olduğu qədər yolun kənarına çəkə bilibsə və aktiv hərəkət zolağını bloklamayıbsa, bu zaman rəsmi pozuntu hesab olunmur. Yəni yalnız yolun ortasında dayanmaq və digər nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirmə halı inzibati xəta sayılır.
Bu gün maşınla yola çıxanların NƏZƏRİNƏ!
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ












