Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Sınıq Körpü (Qazax Sərhəd Keçid Məntəqəsi), Bakı-Şəki, Bakı-Bərdə, Bakı-Kürdəmir, Bakı-Naftalan, Bakı-Beyləqan, Bakı-Ağdaş, Bakı-Siyəzən, Bakı-Qəbələ, Bakı-Ağcabədi, Bakı-Ağsu, Bakı-İmişli, Sumqayıt-Mingəçevir, Sumqayıt-Astara və Mingəçevir-Oğuz şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Bu barədə Avtosfer.az-a AYNA-dan bildirilib.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 10 oktyabr 2024-cü il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Sınıq Körpü (Qazax Sərhəd Keçid Məntəqəsi), Bakı-Şəki və Bakı-Bərdə istiqamətlərində 4 Lot üzrə oktyabrın 22-də;
Bakı-Kürdəmir, Bakı-Naftalan, Bakı-Beyləqan və Bakı-Ağdaş istiqamətlərində 5 Lot üzrə oktyabrın 25-də;
Bakı-Siyəzən, Bakı-Qəbələ, Bakı-Ağcabədi, Bakı-Ağsu və Bakı-İmişli istiqamətlərində 5 Lot üzrə oktyabrın 29-da;
Sumqayıt-Mingəçevir, Sumqayıt-Astara və Mingəçevir-Oğuz istiqamətlərində 3 Lot üzrə noyabrın 1-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA










