DGK komandası "Zəfər turniri"nin qalibi olub
Gündəm
24 Dekabr 2021 23:58

Dövlət qurumları arasında futbol üzrə "Zəfər turniri"ndə final oyunu keçirilib. Avtosfer.az xəbər verir ki, həlledici qarşılaşmada Kənd Təsərrüfatı Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin (DGK) komandaları üz-üzə gəlib. Bakı Tennis Akademiyasının stadionunda baş tutan görüş DGK-nın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Finalı kənd təsərrüfatı naziri İnam Kərimov və DGK sədri Səfər Mehdiyev tribunadan izləyib.
Oyundan sonra mükafaylandırma mərasimi baş tutub.
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov "Report"a açıqlamasında bildirib ki, yarış 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunub. Onun sözlərinə görə, turnirdə 16 dövlət qurumu mübarizə aparıb.
Camalov final qarşılaşmasının Prezident İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar bu günə salındığını sözlərinə əlavə edib.
Qeyd edək ki, "Zəfər turniri" Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi, Türkiyədə fəaliyyət göstərən "Karabağ Azerbaycandır" Koordinetmə Dərnəyinin, AFFA və Qolat Sport MMC-nin təşkilati dəstəyi ilə gerçəkləşib.
Oxunub : 2142
DİGƏR XƏBƏRLƏR
6 Oktyabr 2026 15:18
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
6 Oktyabr 2026 15:11
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
6 Oktyabr 2026 13:41
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
6 Oktyabr 2026 12:11
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
6 Oktyabr 2026 12:00
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
6 Oktyabr 2026 10:30
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
6 Oktyabr 2026 08:19
Bu yollarda tıxac var - SİYAHI
5 Oktyabr 2026 21:55
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
5 Oktyabr 2026 11:06
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
5 Oktyabr 2026 11:00
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
5 Oktyabr 2026 08:43
Bu yollarda tıxac var - SİYAHI
4 Oktyabr 2026 11:08
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
ŞƏRH YAZ











