Erməni hərbçi: Kəlbəcəri yandırdıq, dağıtdıq... - VİDEO

Birinci Qarabağ müharibəsində döyüşən erməni hərbçinin işğal olunmuş Azərbaycan əraziləri bağlı etiraflarının yer aldığı video sosial şəbəkələrdə yayılıb.
Avtosfer.az xəbər verir ki, Ermənistanın “Lratvakan” radionun efirində çıxış edən erməni hərbçi Laçın və Kəlbəcəri dağıtdıqlarını etiraf edir:
“Biz Laçını, Kəlbəcəri “azad etdik”, amma hər şeyi yandırdıq, dağıtdıq. Buna görə bizim indi iqtisadiyyatımız yoxdur. Təsəvvür edin, əgər bütün “azad olunmuş” ərazilərdə iqtisadiyyat olsaydı, nələr olardı. Ağdam 5 Xankəndi ərazisinə bərabərdir. Ağdam bütün iqtisadiyyatı ilə Ermənistana xidmət edərdi.
Fransa ermənisi Armenak Abramyanla mən Kəlbəcərdə ev-ev gəzirdik ki, ərazini yandırmasınlar. Onlara deyirdik ki, “bu bizim evlərimizdir, ölkəmizdir, yandırmayın”. Amma onlardan elələri var idi ki, sanki yandırmaq, dağıtmaq üçün təlimat almışdılar. O zaman İrəvanda aclıq idi, qaz da yox idi. Kəlbəcərdə isə kiçik və böyük qaz balonları var idi və onları partladırdılar. Heç olmasa fikirləşərdilər lazımi şeyləri çıxarardılar”.
olke.az
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI











