Magistrallarda sürət həddi necə tənzimlənir? - AYNA-dan AÇIQLAMA

Magistral yollarda sürət həddinin azaldılması mərhələli şəkildə həyata keçirilməlidir. Magistral avtomobil yollarında sürət həddinin kəskin şəkildə dəyişdirilməsi sürücülər üçün əlavə risk yaradır.
Avtosfer.az xəbər verir ki, sürücülərin ən çox narazılıq etdiyi məsələlərdən biri magistral yollarda sürət həddinin qəfil aşağı salınmasıdır. Xüsusilə Şamaxı–Bakı istiqamətində yerləşən M4 dövlət əhəmiyyətli avtomobil yolunun bəzi hissələrində sürücülər 110 km/saat sürətlə hərəkət etdikləri halda, əvvəlcədən kifayət qədər xəbərdarlıq edilmədən birbaşa 60 km/saat məhdudiyyəti ilə qarşılaşırlar. Qısa məsafədən sonra isə yenidən 90 km/saat sürət həddi tətbiq olunur.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA tərəfindən məlumat verilib. Sürət məhdudiyyətlərinin tətbiqi beynəlxalq standartlara uyğun olaraq mərhələli şəkildə həyata keçirilməlidir:

"Belə kəskin dəyişikliklər sürücünün nəqliyyat vasitəsini təhlükəsiz şəkildə yavaşıtması üçün kifayət qədər vaxt yaratmır. Bu isə həm qəfil tormozlama hallarının artmasına, həm də arxadan toqquşma riskinin yüksəlməsinə səbəb ola bilər. Beynəlxalq təcrübədə sürət həddinin azaldılması mərhələli şəkildə həyata keçirilir. Məsələn, 110 km/saat sürət həddi tətbiq olunan yolda məhdudiyyət əvvəlcə 90 km/saat, daha sonra 70 km/saat və yalnız bundan sonra 60 km/saat olaraq müəyyən edilir. Hər mərhələ arasında sürücünün reaksiya verməsi və təhlükəsiz şəkildə sürətini azaltması üçün kifayət qədər məsafə saxlanılır. Bu yanaşma yol hərəkətinin təhlükəsizliyini artırmaqla yanaşı, sürücülərin sürət həddinə riayət etməsini də asanlaşdırır. Eyni zamanda, qəfil sürət dəyişiklikləri nəticəsində baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına müsbət təsir göstərir".

Qeyd olunub ki, sürət həddinin müəyyənləşdirilməsi zamanı yolun texniki göstəriciləri, hərəkət intensivliyi, yaşayış məntəqələrinin yaxınlığı və digər təhlükəsizlik amilləri nəzərə alınmalı, tətbiq edilən məhdudiyyətlər isə sürücülər üçün aydın və ardıcıl şəkildə təqdim edilməlidir.
Fatimə Dadaşova
“20 Yanvar” metrosu və “Şamaxinka”ya da velosiped zolaqları çəkiləcək – RƏSMİ AÇIQLAMA
Avtonom avtomobillərlə bağlı qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib - RƏSMİ
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Sumqayıtda küçələr işıqlandırılmır, elektrik enerjisinə qənaət edirlər - ŞİKAYƏT
Bu halda piyadaları CƏRİMƏ GÖZLƏYİR
Oğrular maşınların daha çox bu detallarını oğurlayır – ARAŞDIRMA
"Birmarket" vətəndaşın şikayətini niyə təmin etməyib? – RƏSMİ AÇIQLAMA
Təmir işləri görülən ərazilərdə qəzaların qarşısı necə alınmalıdır? – EKSPERT










