Bakı-Tbilisi qatarına biletlər qalıb? - FOTO

Məlumat verdiyimiz kimi, bu yaxınlarda Bakı–Tbilisi–Bakı marşrutu üzrə hər reysə 3 əlavə vaqon qoşulub.
Bu addım tələbatı nə dərəcədə ödəyib?
Avtosfer.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən əksəriyyəti maraqlandıran sual cavablandırılıb.
Bildirilib ki, hazırda da Bakı–Tbilisi–Bakı marşrutuna tələbat çox yüksəkdir.
“Biletlər satışa çıxarılandan qısa müddət ərzində satılır. Tələbatın qarşılanması məqsədilə 10 iyuldan etibarən Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli standart+ sinif vaqon qoşulub. Nəticədə hər reys üzrə 104 əlavə sərnişin yeri açılıb və bir reys üzrə sərnişin yeri 178-dən 282-yə çatdırılıb. Bu, yer sayının 60 faiz artırılması deməkdir.
Ümumilikdə əlavə vaqonlar üzrə daha münasib qiymətə 5900 bilet satışa çıxarılıb və hazırda 5300 bilet alınıb. Qarşıdakı 30 günlük dövr üçün Tbilisi–Bakı istiqamətində əlavə vaqonlar üzrə bütün biletlər, Bakı–Tbilisi istiqamətində isə biletlərin təqribən 90 faizi satılıb.
Mövcud qaydaya əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolla tərk etməsinə məhdudiyyət yoxdur, lakin Azərbaycana girişə yalnız təyyarə və qatarla icazə verilir. Tbilisi–Bakı istiqamətində qatar reyslərinə tələbatın daha yüksək olması həm də bununla əlaqədardır”, - qurumun cavabında qeyd olunub.

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO











