Ölkədə qulaqdibi xəstəliyinin artması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda epidemik parotit (qulaqdibi) üzrə epidemioloji vəziyyət sabitdir.
Avtosfer.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar olunur. Həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir. Hazırda ölkədə epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir. Qeydiyyata alınan yoluxma halları ayrı-ayrı sporadik hallardan ibarətdir, hər hansı epidemiya və ya kütləvi yayılma qeydə alınmayıb.
"Mövcud vəziyyət aidiyyəti tibb müəssisələri tərəfindən daim epidemioloji nəzarətdə saxlanılır, zəruri profilaktik və əks-epidemik tədbirlər ardıcıl şəkildə həyata keçirilir.
Epidemik parotit daha çox peyvənd olunmamış və ya natamam peyvənd olunmuş şəxslər arasında müşahidə edilir. Xəstəlik əsasən hava-damcı yolu ilə - öskürmə, asqırma və yaxın təmas zamanı ötürülür. İnkubasiya dövrü adətən 11-23 gün davam edir. Xəstəliyin əsas əlamətləri bədən hərarətinin yüksəlməsi, qulaqətrafı tüpürcək vəzilərində şişkinlik və ağrı, çeynəmə və udma zamanı narahatlıq, ümumi halsızlıq, baş ağrısı və iştahanın azalmasıdır.
Əksər hallarda epidemik parotit yüngül keçir və tam sağalma ilə nəticələnir. Bununla belə, peyvənd olunmamış yeniyetmələrdə və böyüklərdə nadir hallarda müəyyən ağırlaşmaların inkişaf etməsi mümkündür. Bu səbəbdən xəstəliyin qarşısının alınmasında vaxtında peyvəndlənmə xüsusi əhəmiyyət daşıyır", - məlumatda qeyd olunub.
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Magistrallarda sürət həddi necə tənzimlənir? - AYNA-dan AÇIQLAMA
“20 Yanvar” metrosu və “Şamaxinka”ya da velosiped zolaqları çəkiləcək – RƏSMİ AÇIQLAMA
Avtonom avtomobillərlə bağlı qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib - RƏSMİ
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Sumqayıtda küçələr işıqlandırılmır, elektrik enerjisinə qənaət edirlər - ŞİKAYƏT
Bu halda piyadaları CƏRİMƏ GÖZLƏYİR










