Narkotik satışı ilə məşğul olan daha 33 nəfər saxlanılıb, 3-ü qadındır - VİDEO - FOTO

Sabunçu rayonunda dekabr ayında keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 33 nəfər saxlanılıb, onlardan 3-ü qadındır.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində Maştağa qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Səlim Quliyev saxlanılıb.
Qəsəbə ərazisində yaşadığı evə baxış zamanı Səlim Quliyevə məxsus ümumi çəkisi 5 kiloqram 90 qram olan marixuana və elektron tərəzi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində marixuananı bir müddət əvvəl xüsusi qulluq edərək əkdiyini və qurutduğunu bildirib. O, ifadəsində narkotiklərdən istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduğunu da bildirib.
Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin dekabr ayında həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik maddələrin qanunuz dövriyyəsi ilə məşğul olan daha 32 nəfər saxlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Sonuncu əməliyyatlar zamanı saxlanılan şəxslərdən ümümilikdə 7 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib. Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri davam etdirilir




Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşdü
Sel suları 25 avtomobil yoluna ziyan vurdu - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olundu - SƏBƏB
Bakıda nəhəng hava limanı İNŞA OLUNUR: İxrac imkanları genişlənəcək - VİDEO
Məşhur aktrisanın yazışmaları ÜZƏ ÇIXDI - “Kokain lazımdır, təcili!”
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş










