Özünü Azərbaycan FHN polkovniki kimi təqdim edib Türkiyədə mükafat aldı - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) özünü nazirliyin polkovnik rütbəli əməkdaşı kimi təqdim edərək Türkiyədə bələdiyyə sədri ilə görüşən şəxslə bağlı məsələyə aydınlıq gətirib. Avtosfer.az xəbər verir ki, FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib ki, həmin şəxs nazirlikdə işləmir. "Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə bələdiyyə sədri ilə görüşən şəxs bizim nazirlikdə çalışmır”, - o qeyd edib.
Xatırladaq ki, azərbaycanlı Rasim Əhməd adlı bir şəxs özünü Fövqəladə Hallar Nazirliyinin komandiri kimi qələmə verərək Türkiyənin Marmaris bələdiyyəsinin rəhbəri Mehmet Oktay ilə görüşüb. “Marmaris Life” jurnalı xəbər verir ki, həmin şəxs 2021-ci ilin iyulunda Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN əməkdaşı olaraq şücaət göstərdiyinə görə bələdiyyə sədri tərəfindən təltif edilib. Lakin görüş barədə Türkiyə mediasında xəbər yayıldıqdan sonra FHN-də Rasim Əhməd adlı şəxsin işləmədiyi məlum olub.
Məlumata görə, Rasim Əhmədin saxtakarlığının üstü iyul ayında türkiyəli yanğınsöndürənlərə kömək məqsədilə Türkiyəyə göndərilən azərbaycanlı yanğınsöndürənlərlə birgə çalışan S.Ş. adlı bir şəxsin diqqətcilliyi sayəsində açılıb. Həmin şəxs jurnalın Mətbuat xidməti ilə əlaqə saxlayaraq belə bir komandirin Marmarisə gəlmədiyini bildirib. O qeyd edib ki, həmin şəxsin geyimi, rütbəsi və geyimin ad hissəsində də səhvlər var.
Türkiyə tərəfindən aparılan araşdırma zamanı quqlda da Rasim Əhməd barəsində məlumata rast gəlinməyib. Bununla yanaşı, yanğın zamanı Muğlada və Marmarisdə qalan əsgərlər sırasında həmin şəxsin adına rast gəlinməyib və onun PCR testi vermədiyi də aydın olub.
Bunun ardınca, Marmaris bələdiyyəsi Azərbaycanın səlahiyyətli şəxsləri ilə rəsmi və qeyri-rəsmi yazışmalar aparıb. Azərbaycan tərəfi belə bir şəxsin FHN-də və bu nazirliklə əlaqəli çalışan yanğınsöndürənlər sırasında olmadığını bildirib. Qeyd olunub ki, Azərbaycandan Türkiyəyə belə bir əsgər göndərilməyib.
Hazırda Rasim Əhməd adlı bu şəxsi Marmaris bələdiyyəsinə kimin dəvət etdiyi, ona bu geyimi kimin verdiyi və sözügedən təltifolunma mərasimini hansı qurumun təşkil etdiyi barədə suallar cavabsız qalıb.
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ











