Rus hərbçilər Kəlbəcərdən Ermənistana QANUNSUZ patrul xidməti BAŞLATDI

Dekabrın 24-də son bir ildən çox müddətdə ilk dəfə olaraq Rusiyanın rəsmən sülhməramlı sayılan qüvvələrinin xəritəsində 10 noyabr bəyanatında razılaşdırılımış ərazidən tamamilə kənarda Azərbaycanın Kəlbəcər rayonu və Ermənistanın Basarkeçər (Vardenis) ərazisində yeni partul xidmətinin marşrutu qeyd olunub.
Avtosfer.az xəbər verir ki, bu, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunmuş eyni tarixli xəritədən bəlli olur.
Xəritə sovet dövründə SSRİ silahlı qüvvələri baş qərargahının xəritəsi əsasında tərtib olunduğundan bir sıra məntəqələrin adları çətinliklə oxunur. Məlum olur ki, Rusiya hərbçilərinin partul xidməti təxminən Kəlbəcər rayonunun Susuzluq kəndi(orada 4 iyunda 2 jurnalist və 1 məmurumuz minaya düşərək həlak olublar) ərazisindən başlanır. Hinaldağ(3367) istiqamətində Təkəqaya kəndi yaxınlığından keçən marşrut sonra yenidən cənub-qərb istiqamətinə yönəlir və təxminən Aşağı Ayrum kəndi yaxınlığından Ermənistanın Basarkeçər ərazisinə – Zərgərkəndə qədər keçir. Həmin ərazidən xeyli şimaılda Vardenis şəhəri yaxınlığında yeni bir patrul məntəqəsi də qeyd olunur.
Xatırladaq ki, 10 noyabr bəyanatına əsasən Laçın dəhlizi istisna olmaqla Azərbaycan-Ermənistan sərhədi Rusiya hərbi kontingentinin məsuliyyət zonasına daxil edilməyib.

Xəritədə Rusiya hərbçilərinin qırmızı xətlə göstərilən yeni patrul xidmətinin marşrutu tərəfimizdən qara dairəyə alınıb.
mənbə: Moderator.az
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










