Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının sessiyası keçirilir - FOTO

Dekabrın 13-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyasının 85-ci sessiyası videokonfrans formatında öz işinə başlayıb. İclasda ÜGT-nin baş katibi Kunio Mikuriya, ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə, Siyasi Komissiyanın 24 üzv dövlətlərinin nümayəndələri iştirak edib. Sessiyada Siyasi Komissiyanın üzvü olan ölkəmizi Dövlət Gömrük Komitəsi adından Komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov təmsil edib.
Sessiyanın gündəliyi qəbul edildikdən sonra ÜGT Şurasının sədri Əhməd Əl Xəlifənin məruzəsi dinlənilib. Daha sonra ÜGT baş katibi Kunio Mikuriya Strateji planın tətbiqi üzrə tərəqqi hesabatını təqdim edib. Sessiyanın ilk günündə özəl sektor məşvərət qrupunun hesabatı, fəaliyyətin qiymətləndirilməsi, gender bərabərliyi və müxtəlifliyi,müəyyən edilmiş risklər üzrə Audit Komitəsinin hesabatları dinlənilib.
3 gün davam edəcək sessiya çəçivəsində ÜGT-nin prioritetləri, 2022-2025-ci illər üzrə strateji planı, biznesin davamlılığı, alternativ maliyyə mənbələri üzrə müqayisəli təhlil və digər məsələlər müzakirə olunacaq, növbəti sessiyanın vaxtı və yeri müəyyənləşdiriləcək.
Qeyd edək ki, Siyasi Komissiya ÜGT-nin siyasətinə dair tövsiyyələri və stratej planını hazırlayan orqandır və Dövlət Gömrük Komitəsi cari ilin iyun ayından etibarən Siyasi Komissiyanın 24 üzvündən biridir.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT















