Un və çörəyin qiymətlərinə nəzarət gücləndirildi - İstehsalçılara XƏBƏRDARLIQ

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədə unun və çörəyin qiymətlərinə nəzarəti gücləndirib. Avtosfer.az bu barədə quruma istinadən xəbər verir. Məlumatda deyilir ki, bu ildən daxili bazarda sahibkarlıq subyektləri idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiymətini dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırıb. Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur. Bununla əlaqədar nəzarət tədbirləri daha da gücləndirilib. Bu istiqamətdə preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib.
Un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinq aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür. Monitorinq zamanı qanunvericiliyinin pozulması əlamətləri aşkar olduğu təqdirdə ciddi tədbirlər görüləcək.
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev












