Yağışlı havada bu qaydanı bilməmək sizə cərimə bahasına başa gələ bilər

Yağışlı, qarlı və ya dumanlı havada avtomobil idarə edirsinizsə, yaxın vuran işıqları mütləq qoşmalısınız. Əks halda cərimə oluna bilərsiniz. Təəssüf ki, qaydaları zəif bilən bəzi sürücülər düşünür ki, faralar yalnız gecə vaxtı yolu işıqlandırmaq üçündür. Əslində isə işıq cihazlarının ən vacib funksiyalarından biri avtomobili yolda daha görünən etməkdir. Avtosfer.az "Oxu24.com"a istinadən xəbər verir ki,məhz buna görə də əksər yeni avtomobillərdə daim yanan LED işıqlar yalnız dizayn üçün deyil, təhlükəsizlik məqsədilə nəzərdə tutulub. Yağışlı havada işıqlarını yandırmayan avtomobil arxa güzgüdə demək olar ki, görünmür. Bu isə qəza riskini ciddi şəkildə artırır. Boşuna deyil ki, bir çox ölkələrdə payız-qış mövsümündə, bəzilərində isə ümumiyyətlə ilboyu gündüz də faralardan istifadə məcburidir.
Bəs bizdə qayda nə deyir?
"Yol hərəkəti" haqqında qanunun 70-ci maddəsinə əsasən, məhdud görünmə şəraitində – yəni yağışlı, qarlı və ya dumanlı havada yaxın vuran işıqların və ya duman əleyhinə faraların yandırılması mütləqdir.
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi












