Yollar bağlanmadan öncə yaddan çıxan vacib detal: Kommunikasiya problemi!

Bakıda təmirlə əlaqədar yolların bağlanacağı ilə bağlı elanların yayılmasının düzgün təşkil edilmədiyi deyilir. Hətta kommunikasiyanın pis qurulduğu barədə də fikirlər səsləndirilir. Misal kimi isə 2 gün öncə hava limanı istiqamətində insanların saatlarla tıxacda qalması, bəzilərinin avtomobildən düşüb, piyada getməsi göstərilir. Bildirilir ki, yolların bağlanması elanı təxminən 12 saat əvvəl verildiyi üçün vətəndaşların çoxu bundan xəbər tutmayıb.
Avtosfer.az-ın məlumatına görə, mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, yolların bağlanması ilə bağlı əsas məlumatlandırma forması media vasitəsilə, eləcə də sosial media üzərindən həyata keçirilir.
Onun sözlərinə görə, aidiyyəti qurumlar bunu operativ şəkildə həyata keçirirlər:
“Düzdür, bəzən olur, məlumatlandırmağı yaddan çıxardırlar. Mən özüm də şahidi olmuşam ki, 10 dəfədən biri yaddan çıxır və ya buna əhəmiyyət vermirlər. Ola bilər, onlar üçün əhəmiyyətsiz görünən bir şey başqaları üçün çox əhəmiyyətlidir və onların işinə mənfi təsir göstərir. Hər bir halda, bu məsələləri ciddi şəkildə nəzərə almaq lazımdır”.

Elməddin Muradlı
E.Muradlı deyib ki, media ilə əlaqələndirici şəxslər bu məsələdə diqqətli olmalıdırlar:
“Son dövrlər həm yol polisi tərəfindən, həm Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), həm də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən ictimaiyyətə mütəmadi olaraq informasiyalar verilir. Harada təmir işləri aparılacaq, yol neçə saat bağlı olacaq, qismən və ya tam bağlanacaq və s. barədə məlumatlar hər zaman yenilənir”.
DİN-in Baş Dövlət Yol Polis İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyevin saytımıza verdiyi məlumata görə, sürücülərə öncədən məlumat verilib:

Elvin Hacıyev
“Qeyd edim ki, bununla bağlı məlumat media subyektləri, eləcə də sosial şəbəkə seqmentləri vasitəsilə öncədən bildirilib. Yolların bağlanması ilə əlaqədar xəbər portallarında, TV-lərdə öncədən xəbərdarlıq olunmuşdu”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












