Generalı 18 min dollara görə qətlə yetirib - ŞOK FAKTLAR

General-leytenant Yaroslav Moskalikin öldürülməsində şübhəli bilinən Ukrayna xüsusi xidmət orqanlarının agenti İqnat Kuzinə terror aktı ilə bağlı ittiham irəli sürülüb.
Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
"Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi İqnat Kuzinə Rusiya Cinayət Məcəlləsinin 205, 222.1, 223.1-ci maddələri ilə (terror aktı, partlayıcı maddələr və qurğuların qanunsuz dövriyyəsi və istehsalı) cinayət ittihamı irəli sürüb", - deyə məlumatda bildirilir.
Hazırda Kuzinin iştirakı ilə istintaq hərəkətləri davam etdirilir.
Dindirilmə zamanı o, Ukraynanın xüsusi təhlükəsizlik xidmətinə cəlb olunduğunu etiraf edib. Saxlanılan şəxs Rusiyaya 2023-cü ilin sentyabrında gəldiyini bildirib. UTX kuratorundan konkret göstəriş gözləyərkən həmin şəxs Moskva vilayətində yaşayıb.
MoskaliKin hədəf olaraq seçilməsi barədə məlumat aldıqdan sonra Kuzin məlumat toplayıb. Bunun üçün o, generalın yaşadığı binada kirayə götürdüyü mənzilə köçüb və onun hərəkətlərini izləyərək gündəlik rejimini öyrənib. Terror aktından bir ay əvvəl o, avtomobil alıb və onu binanın qarşısına park edib. Daha sonra, Balaşixada gizli yerdən partlayıcı qurğunun komponentlərini alaraq onları avtomobildə quraşdırıb.
"Cinayəti törətmək üçün ona ümumilikdə 18 min ABŞ dolları məbləğində pul mükafatı vəd edilib", - deyə İstintaq Komitəsi əlavə edib.
Cinayəti uzaqdan idarə etməklə həyata keçirən Kuzin günahını etiraf edib.
Qeyd edək ki, Rusiya ordusunun generalı aprelin 25-də Moskva yaxınlığındakı Balaşixada avtomobilin partlaması nəticəsində həlak olub. Nesterov bulvarında evin yaxınlığında dayanmış avtomobildə əldəqayırma partlayıcı qurğu işə düşüb. Moskalik aldığı xəsarətlərdən hadisə yerində ölüb.
General-leytenant 40 ildən artıq Rusiya ordusunda xidmət edib. 2015-ci ildə o, "Normandiya formatı" üzrə danışıqlarda iştirak edib.
O, həmçinin Rusiya Federasiyası ilə Afrika və Yaxın Şərq ölkələri arasında hərbi-texniki əməkdaşlıq məsələləri ilə də məşğul olub.
Terror aktı və partlayıcı qurğuların qanunsuz saxlanması maddələri ilə cinayət işi açılıb.

Ətrafı çirkləndirən "Ford" sürücüsünə DYP-dən REAKSİYA - VİDEO
Piyadalar yola atıldı, sürücü son anda təhlükədən yayındı - VİDEO
Yolun ortasını səkiyə çevirən piyada avtomobillərə məhəl qoymadı - VİDEO
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə NAZİRLİKDƏN REAKSİYA - VİDEO
Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO - YENİLƏNİB
Bakıda maşında qadın DÖYÜLDÜ
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO
Xırdalanda “Hyundai” yandı - VİDEO
Paytaxtda dəhşətli qəza: ÖLƏN VAR
Bakıda yaşayış binasında yanğın olub - VİDEO










