Sabirabadda toy məclisində baş verən qətlin təfərrüatı məlum oldu

Sabirabad rayonunda toy məclisində qətl törətməkdə ittiham olunan Xəqani Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az-ın "Teleqraf"a istinadən xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
X. Muradov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin oktyabrın 9-da Sabirabad rayonunun Qaragüney kəndində yerləşən “Fərid” şadlıq sarayınən həyətində baş verib. 1984-cü il təvəllüdlü Xəqani Muradov həmkəndlisi 1987-ci il təvəllüdlü kənd sakini Telxas Telman oğlu İsrəfilovu toy mərasimindən çıxdıqdan sonra onu bıçaqlayaraq öldürüb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham olunub.
İttihama mnünasibət bildirən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, oktyabrın 9-da, saat 17 radələrində yaşadığı kənddə yerləşən “Fərid” şadlıq sarayında keçirilən toy mərasiminə gedib: "Toy məclisində yeyi-içərək spirtli içki qəbul etdim. Saat 19 radələrinə oğlum Fəqanla birlikdə şadlıq sarayının həyətindəki ayaqyoluna getdim. Qayıtdıdanda həmkəndlim Telxas İsrəfilovun şadlıq sarayının zalında sərxoş vəziyyətdə bir neçə şəxslə mübahisə etdiyini gördüm. Telxası şadlıq sarayından çölə çıxardılar. Mən Telxasa yaxınlaşdım, sakit olmasını bildirdim və evə getməyi təklif etdim. Bu zaman Telxas İsrəfilov mənim sağ qaş nahiyəmə yumruqla vurdu. Telxas İsrəfilov ünvanıma nalayiq ifadələr işlətdi. Oğlumun yanında məni və ailəmi söydü.
Bundan qəzəbləndim və Telxası öldürmək qərarına gəldim. Bu məqsədlə yaxınlıqda yerləşən marketə gedərək bir ədəd mətbəx bıçağı aldım. Bıçağı şalvar kəmərimə taxdım və yenidən şadlıq sarayına qayıtdım".
Təqsirləndirilən şəxsin ifadəsinə görə, şadlıq sarayına daxil olub və bir müddət orda dayandıqdan sonra çölə çıxıb: "Bu zaman Telxas İsrəfilov da mənimlə birlikdə çölə çıxdı. Çölə çıxdıqdan sonra Telxas İsrəfilov anası Məleykə ilə mübahisə etməyə başladı. Onlar mübahisə etdiyi zaman Telxasa yaxınlaşdım və sakit olmasını bildirdim. Bu zaman Telxas yaxamdan yapışaraq, ünvanıma söyüş söydü. Bundan əsəbləşərək belimdə olan bıçağı çıxardım və ona dalbadal bir neçə dəfə zərbə vurdum. Oğlum Fəqan mənim qolumdan tutdu və Telxası vurmağa davam etməyimə imkan vermədi. Telxası şadlıq sarayının həyətində bıçaqladığım zaman oğlum Fəqan, Telxasın anası Məleykə və oğlu Əhməd də orda olublar. Telxası bıçaqladıqdan sonra o, yerə yıxıldı".
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra oğlu Fəqan ilə birlikdə evinə getdib. Evə çatan vaxt arxasınca polis əməkdaşlarının gəldiyini görüb və təslim olub.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












