Volqa-Xəzər kanalında irimiqyaslı tıxac: 75 gəminin hərəkəti dayandırıldı

Rusiyanın Həştərxan vilayətindən keçən Volqa-Xəzər dəniz gəmiçiliyi kanalında gəmilərin 15 kilometr uzunluğunda tıxacı qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, hərəkətin ləngiməsinə suyun səviyyəsinin kəskin şəkildə aşağı düşməsi səbəb olub.
Belə ki, bəzi ərazilərdə keçid dərinliyi planlaşdırılmış 4.5 metrdən 3.2-3.7 metrə qədər azalıb. Nəticədə iritonnajlı gəmilərin farvaterlə hərəkəti qeyri-mümkün hala gəlib.
"SHOT" qeyd edir ki, yaranmış vəziyyətlə əlaqədar bəzi gəmilər təxminən bir aydır eyni yerdə hərəkətsiz dayanıb. Bildirilir ki, gəminin gündəlik icarə haqqı 7-18 min dollar arasında dəyişdiyindən, yük gəmisi sahiblərinin yaxın gələcəkdə ciddi maliyyə itkiləri ilə üzləşməsi ehtimalı var.
"Telegram" kanalının məlumatına əsasən, hazırda tıxacda 75 gəmi gözləyir. Onlardan 40-ı dənizdən girişdə, 35-i isə əks istiqamətdə qalıb, iki gəmi isə saya oturub.
Həştərxan vilayətinin mətbuat və informasiya xidmətinin rəhbəri Roman Yadıkin bildirib ki, bölgənin rəhbərliyi Xəzər dənizində yaranmış gəmi tıxacının aradan qaldırılması prosesini nəzarətdə saxlayır.
Bildirilib ki, hərəkətin bərpa edilməsi üçün əraziyə dörd torpaqqazan gəmi cəlb olunub.
Volqa-Xəzər dəniz gəmiçiliyi kanalı Rusiyanın daxili su yollarını Xəzər dənizi ilə birləşdirən yeganə su arteriyası hesab olunur.
Bir müddət əvvəl "Rosmorport" kanalda gəmilərin hərəkətinin iyunun 22-si saat 00:00-a qədər dayandırıldığını elan etmişdi. Monitorinq saytlarının məlumatlarına görə, tıxacda onlarla gəmi toplanıb.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO












