GPS siqnalları pozula bilər: Sürücüsüz avtomobillər üçün yeni RİSK

Günəşdə baş verən güclü partlayışların yaratdığı geomaqnit fırtınaların GPS siqnallarını pozaraq avtonom avtomobillərin və dəqiq kənd təsərrüfatı texnikasının fəaliyyətinə ciddi təsir göstərə biləcəyi müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, yeni araşdırmaya görə, belə fırtınalar zamanı GPS sistemlərində 10 metrdən artıq mövqeləndirmə xətası yarana bilər. Bu isə həm pilotsuz nəqliyyat vasitələri, həm də peyk naviqasiyasına əsaslanan kənd təsərrüfatı texnikası üçün ciddi risklər yaradır.
“Geophysical Research Letters” jurnalında dərc olunan araşdırmada geomaqnit fırtınaların qlobal naviqasiya sistemlərinə təsiri öyrənilib. Tədqiqatçılar ABŞ və Kanadadakı GPS qəbuledicilərindən əldə olunan məlumatları qütb işıqlarını müşahidə edən kameraların görüntüləri ilə müqayisə ediblər.
Məlum olub ki, 2025-ci il noyabrın 11-də baş verən güclü geomaqnit fırtına zamanı GPS siqnallarında əhəmiyyətli dalğalanmalar qeydə alınıb və mövqeləndirmə xətaları yaranıb.
Tədqiqatçılar bildirirlər ki, oxşar gücdə fırtına ABŞ-də kənd təsərrüfatı mövsümünə təsadüf etsə, iqtisadi itkilər 500 milyon dollardan çox ola bilər. 2024-cü ilin mayında baş verən daha güclü geomaqnit fırtınanın ABŞ-nin Orta Qərb bölgəsində fermerlərə 500 milyon dollardan artıq zərər vurduğu qeyd olunur.
GPS-də yaranan belə böyük xətalar dəqiq kənd təsərrüfatında istifadə olunan texnikalar üçün ciddi problemlər yarada bilər. Peyk naviqasiyasından istifadə edən traktor və digər kənd təsərrüfatı maşınları müəyyən edilmiş marşrutdan yayına, əkin və məhsul yığımı zamanı dəqiqlik itə bilər.
Günəş fırtınaları avtonom nəqliyyat vasitələri üçün də potensial təhlükə yaradır. Tədqiqatçıların fikrincə, GPS-də yaranan səhvlər özü idarə olunan avtomobillərin müəyyən edilmiş trayektoriyadan yayınmasına səbəb ola biləcək qədər böyükdür. Gələcəkdə robotaksilərin sayının artacağı nəzərə alınarsa, GPS siqnallarının pozulması yol hərəkətində əlavə təhlükələr yarada bilər.
Mütəxəssislər bildirirlər ki, problemin əsas çətinliklərindən biri günəş fırtınalarının vaxtını və gücünü dəqiq proqnozlaşdırmağın mümkün olmamasıdır. Günəş təxminən 11 illik aktivlik dövründən keçir. Bu dövr ərzində aktivliyin yüksək və aşağı olduğu mərhələlər müşahidə edilir. Alimlər aktivliyin maksimum olduğu dövrlərdə güclü partlayış ehtimalının artdığını proqnozlaşdıra bilsələr də, konkret partlayışın nə vaxt baş verəcəyini və nə qədər güclü olacağını əvvəlcədən dəqiq müəyyən etmək çətindir.
Tədqiqatçılar günəş fırtınalarını daha sürətli və dəqiq proqnozlaşdırmaq üçün yeni üsullar üzərində işləyirlər. Yeni araşdırma isə müxtəlif müşahidə sistemlərindən əldə olunan məlumatların birgə istifadəsinin bu hadisələrin təsirlərini daha yaxşı qiymətləndirmək baxımından əhəmiyyətli olduğunu göstərir.
Eltac Zülfüqaroğlu
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA












