"Flydubai" təyyarəsində qəhrəmanlıq göstərən sərnişinlər mükafatlandırılırlar

İsrail dövlətinin başçısı İsxak Hersoq təyyarə qəzasının qarşısını alan "Flydubai" aviaşirkətinin dörd sərnişinini ali dövlət mükafatı ilə təltif etməyi planlaşdırır.
Avtosfer.az xəbər verir ki, bu barədə oktyabrın 1-də "The Jerusalem Post" qəzeti məlumat dərc edib.
Dövlət başçısı Yaniv Hayun, Şota Musayev, Svika Mans və Asaf Recvanla telefonla danışaraq, onların namizədliyini mülki şəxslər üçün ölkənin ən yüksək mükafatı olan "Mülki qəhrəmanlığa görə" Prezident Medalı ilə təltif edilməsi məqsədilə məsləhət komitəsinə təqdim edəcəyini bildirib.
Dövlət başçısı vurğulayıb ki, bir çox insanın həyatı təhlükə altında olduğu bir vaxtda, bu şəxslər heç bir tərəddüd etmədən hərəkətə keçərək cəsarət, çeviklik və yüksək qarşılıqlı məsuliyyət hissi nümayiş etdiriblər.
"Siz başqalarını xilas etmək üçün öz həyatınızı təhlükəyə atdınız və böyük bir faciənin qarşısını aldınız", - deyə İ.Hersoq qeyd edib.
Nəşrin məlumatına əsasən, Hayun, Mans və Recvan pilotların kabinəsinə daxil olaraq hücum edən şəxsi zərərsizləşdiriblər. Təhlükə sovuşduqdan sonra isə stomatoloq Musayev ağır yaralanan təyyarə kapitanına ilk tibbi yardım göstərərək, təyyarə yerə enənə qədər onun vəziyyətini sabit saxlaya bilib.
Xatırladaq ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan "FlyDubai" aviaşirkətinə məxsus təyyarə qısa fövqəladə hal siqnalı verib, daha sonra isə təyyarənin qaçırılmasını bildirən xüsusi kod göndərib. İlkin məlumatlara görə, ikinci pilot komandirə bıçaqla xəsarət yetirib və ardınca təyyarəni qəzaya uğratmağa cəhd edib. Yaralanan şəxsin Hindistan vətəndaşı olduğu məlum olub. Sərnişinlərin köməkliyi ilə hücum edən şəxs zərərsizləşdirilib. Hava gəmisi Səudiyyə Ərəbistanının Təbuk şəhərində təcili eniş edib, axşam saatlarında isə xilasedici təyyarə sərnişinləri Təl-Əvivə çatdırıb. (oxu.az)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












