Məktəb avtobuslarında şagirdləri qoruyan sistem: Avtomobillər dayanır – VİDEO

Məktəb avtobuslarında şagirdlərin təhlükəsizliyinin təmin edilməsi üçün müxtəlif ölkələrdə xüsusi təhlükəsizlik sistemlərindən istifadə olunur.
Avtosfer.az xəbər verir ki, belə sistemlərdən birində avtobusun üzərində “SCHOOL BUS” (“Məktəb avtobusu”) yazısı yerləşdirilir. Avtobusun üzərində “STOP” nişanları olur. Şagirdlərin avtobusdan düşüb yolu keçdiyi zaman isə nəqliyyat vasitəsinin yan hissəsindən üzərində qırmızı-ağ zolaqlar və “STOP” yazısı olan xüsusi təhlükəsizlik qolu açılır.
Bu zaman avtobusun qarşısında və arxasında hərəkət edən avtomobillərin dayanması təmin edilir. Beləliklə, şagirdlərin yolu təhlükəsiz şəkildə keçməsi üçün əlavə tədbir görülür.
Məktəb avtobuslarının geniş istifadəyə verilməsi ilə Azərbaycanda da bu cür təhlükəsizlik sistemlərinin tətbiq edilməsi məqsədəuyğun ola bilər. Xüsusilə şagirdlərin avtobusdan düşərək yolu keçdiyi ərazilərdə belə mexanizmlər sürücülərin diqqətini artıraraq mümkün təhlükələrin qarşısının alınmasına kömək edə bilər.
Belə sistemlərin tətbiqi məktəblilərin daşınması zamanı yol hərəkəti təhlükəsizliyinin artırılması baxımından əlavə qoruyucu tədbir kimi nəzərdən keçirilə bilər.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












