Tikintisi 15 ildir bitməyən dəmir yolu vağzalı

Həftənin ilk günü Avropa mətbuatında belə bir maraqlı xəbər yayıldı. Məlum oldu ki, isveçrəlilər artıq Almaniyanın qatarlarına etibar etmirlər. səbəb ləngimələrdir.
Avtosfer.az xəbər verir ki, bu xəbərin ardınca sosial şəbəkələrdə məsələ ciddi müzakirə obyektinə çevrildi. Bunun ardınca jurnalist araşdırmaları da başladı. Məlum oldu ki, ölkənin əsas ictimai nəqliyyatı hesab edilən dəmir yollarında da ciddi infrastruktur problemləri mövcuddur. Audit zamanı bu da aşkar oldu ki, 2024-cü ildə uzaq məsafəli reyslərin 36 faizi gecikmə ilə icra olunub. 4 mindən çox dəmiryolu körpüsünün təcili təmirə ehtiyacı var. Ötən sentyabrda 1 körpü uçaraq qəzaya səbəb olub.
Ölkənin əsas sənaye şəhərlərindən olan Ştutqartda dəmir yolu vağzalının açılışı 7 ildir ləngiyir. Tikintisinə 15 il əvvəl başlayan obyektin bu ilin sonunda qismən açılışı gözlənilir.
Əslində burada 100 ildən çoxdur vağzal mövcuddur. Lakin söhbət vağzalın müasirləşdirilmıəsindən gedir. Nəzərə alaq ki, bir qədər aralıda Mercedes və Bosch kimi şirkətlərin ofisləri yerləşir.
Ekspertlər Almaniyanın dəmir yollarında yığılıb qalan problemlərin həlli yolunu kütləvi sərmayə qoyuluşunda görürlər.
Vüqar Yaşaroğlu
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












