17 yaşlı idmançımız Avropa çempionu oldu

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatı sona çatıb.
Güləş Federasiyasından Avtosfer.az-a bildirilib ki, yarışın sonuncu – yeddinci günündə sərbəst güləş üzrə Azərbaycan millisi 2 medal qazanıb.
Tunar Həsənov (45 kiloqram) bürünc medal qarşılaşmasında türkiyəli Buğra Eldemirə 5:2 hesabı ilə qalib gələrək qitə birinciliyini üçüncü pillədə başa vurub.
İbrahim Həsənov (51 kiloqram) finalda türkiyəli Məhəmməd Qolha üzərində inamlı qələbə (11:3) qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Elgün Kərimli (92 kiloqram) təsəlliverici görüşdə belaruslu Timur Mirzəyevə tam üstünlüklə (11:1) qalib gəlsə də, üçüncü yer uğrunda mübarizədə gürcüstanlı Nurəddin Mustafayevə məğlub olub – 0:8.
Beləliklə, millimiz Avropa çempionatını 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












