Acundan 100 milyon dollar təzminat istəyir

“Survivor Greece” yarışmasının iştirakçısı Stavros Floros çəkiliş zamanı keçirdiyi ağır qəzadan sonra Acun Ilıcalıya qarşı 100 milyon dollardan çox təzminat iddiası qaldırıb.
Avtosfer.az xəbər verir ki, Floros 11 may 2026-cı ildə “Survivor Greece”in çəkilişləri zamanı yemək əldə etmək üçün nizə ilə balıq tutarkən turist qayığının pərinə çırpılıb.
Qəza nəticəsində yarışmaçı sol ayağını itirib.
Stavros Floros iddiasında verilişin formatının ərazidə turist qayıqlarının intensiv hərəkətinə baxmayaraq, iştirakçıların açıq dənizdə nizə ilə balıq tutmasını tələb etdiyini bildirib.
Yarışmaçı baş verən hadisəyə görə təhlükəsizlik tədbirlərinin kifayət qədər olmadığını iddia edərək “Survivor Greece”in prodüserlərinə qarşı 100 milyon dollardan çox təzminat tələb edib.
Qeyd edək ki, hadisədən sonra aparıcı Acun Ilıcalı da Florosu xəstəxanada ziyarət etmiş, birlikdə çəkilən fotolarını paylaşaraq "Pozitivliyin və güclü olmağın dərsini verən gözəl insan" sözlərini yazmışdı.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












