Biləcəri istiqamətindəki yol nə vaxt istifadəyə verilir? - AÇIQLAMA

"Şamaxinka" adlanan ərazidən Sumqayıt yolu istiqamətində hərəkət sentyabrın 6-da səhər saat 05:00-dan etibarən bərpa olunub".
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, paytaxtın Binəqədi rayonu, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində aparılan təmir işlərinin bir hissəsi başa çatdırılıb.
A.Nəcəflinin sözlərinə görə, ərazidə təmir işləri gecə saatlarında da fasiləsiz davam etdirilib və yolun Sumqayıt istiqamətində olan hissəsində işlər yekunlaşdırılaraq nəqliyyat vasitələrinin hərəkətinə şərait yaradılıb.
"Hazırda Sumqayıt yolu istiqamətində hərəkət açıqdır. Biləcəri istiqamətində isə təmir işləri davam etdirilir. Həmin istiqamətdə də işlərin tamamlanaraq sentyabrın 7-də səhər saatlarından etibarən yolun hərəkətə açılması nəzərdə tutulur", - Anar Nəcəfli qeyd edib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












