Dövlət Agentliyi hərbi xidmətə qəbulla bağlı müsabiqə elan edir - FOTO

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Bu barədə Avtosfer.az-a agentlikdən məlumat verilib.
Bildirilib ki, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini tam başa vuran, yaşı 26-dək, boyu 1.85 santimetr və ondan hündür, idman cüssəli, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış Bakı və Sumqayıt şəhərlərində, respublikanın Ucar, Göyçay, Goranboy, Yevlax, Bərdə, Ağdaş, Siyəzən, Şabran və Xaçmaz rayonlarında qeydiyyatda olmaqla yaşayan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə müəyyən edilmiş şərtlərə cavab verən kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
"Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, fiziki və psixoloji gərgin olmasını, eləcə də xidmətin növbəli, bəzi hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağını nəzərə alaraq müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq. Ali təhsilli, xarici dillərdən hər hansı birini bilən və kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcək", - məlumatda bildirilib.
Agentliyə xidmətə qəbul üçün fiziki hazırlıq üzrə nəzərdə tutulan minimal normativlər:
S/S
Hərəkətin növü
Məqbul
1.100 m. məsafəyə qaçış (saniyə) 14.0
2.1000 m. məsafəyə qaçış (dəqiqə, saniyə) 4.00
3.Turnikdə dartınma: 12
Qeyd olunub ki, iştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected]. az ünvanına Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Kadrlar idarəsinə göndərməlidirlər:
"Yalnız yuxarıda qeyd edilmiş şərtlərə uyğun gələn vətəndaşların müraciət etməsi xahiş olunur. Digər halda qəbul edilməyəcək. Elektron ərizə forması göndərilərkən əlavə məlumat göndərilməsinə zərurət yoxdur. Vətəndaşlar əlavə məlumat almaq üçün +994 (12)-435-45-39 , +994 (12)-435-45-46nömrələri ilə əlaqə saxlaya bilərlər".
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri













