Bakıdakı bu klinika 26 min, direktoru isə 3 min cərimələndi - BAŞ PROKURORLUQ

Tibb müəssisəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı inzibati tədbirlər görülüb.
Avtosfer.az xəbər verir ki, Baş Prokurorluq məlumat yayıb.
"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı "Kristal Estetik" MMC tərəfindən vətəndaş Aytəkin Musayevanın əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydada hüquqi qüvvəyə minmədən kosmetoloq vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb olunması müəyyən olunub
Bundan əlavə, A.Musayevanın ali tibb təhsilinin olmadığı, habelə vətəndaşa tətbiq edilmiş prosedurla bağlı tibbi sənədləşmənin aparılmadığı müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda "Kristal Estetik" MMC və cəmiyyətin direktoru Roza Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi, həmin Məcəllənin 215.4-cü (ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib
Məhkəmənin qərarları ilə "Kristal Estetik" MMC İXM-nin 192.1-ci maddəsi ilə 20 min manat, 215.4-cü maddəsi ilə 6 min manat, cəmiyyətin direktoru R.Əliyeva isə həmin Məcəllənin 192.1-ci maddəsi ilə 3 min manat məbləğində inzibati qaydada cərimə edilib.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!











