Məlumatları yerli “bulud”da saxla - Xərclərə qənaət et!

Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD” istifadəçilərə “istifadə etdiyin qədər ödə” (“Pay-as-you-go”) modelini təklif edir.
Avtosfer.az xəbər verir ki, “AZINCLOUD” biznesləri maliyyə yükündən azad edərək, ilkin sərmayə olmadan, istifadə olunan resurslara görə ödəniş etmək və İT xərclərini optimallaşdırmaq imkanı yaradır.
Ödəniş üçün abunəçinin platformada bank kartı detallarını bir dəfə qeyd etməsi kifayət edir və hər ayın sonunda istifadə olunan xidmət həcminə uyğun müvafiq məbləğ avtomatik balansdan çıxılır. Eyni zamanda, sistem vasitəsilə hər bir müştəri şəxsi hesabından ödəniş tarixçəsinə maneəsiz nəzarət edə bilir. Platforma Azərbaycan dilində interfeysə malikdir və bütün xidmətlər Azərbaycan manatı ilə təqdim edilir ki, bu da əlavə bank komissiyalarını aradan qaldırır.
Qeyd edək ki, istifadəçilər istənilən vaxt abunəliyini sonlandırma hüququna da malikdir.
“AZINCLOUD” haqqında
Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD” “AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC-nin Avropanın qabaqcıl böyük bulud provayderi “Gcore” ilə əməkdaşlığı çərçivəsində yaradılıb. “AZINCLOUD” platforması istifadəçilərə yüksək səviyyəli məlumat təhlükəsizliyi, gücləndirilmiş kibermüdafiə, tam nəzarət edilə bilən infrastruktur və fasiləsiz texniki dəstək şəraiti yaradır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












