Mingəçevirdə 67 yaşlı kişi keçmiş sevgilisini parkda döydü: Dondurmaya görə

Mingəçevirdə kişi küçədə keçmiş sevgilisini döyüb.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, hadisə supermarketlərdən birinin qarşısındakı parkda qeydə alınıb.
67 yaşlı İsmayıl Nəcəfov əlindəki 3 dondurmanı parkda əyləşən keçmiş sevgilisi Nazilə (şərti adla) və onun yanındakı qadına verib. Nazilə isə onlardan birini İsmayılın üstünə ataraq, dondurmaları istəmədiklərini deyib. Bundan əsəbiləşən kişi əlindəki yarım litrlik su butulkası ilə Naziləni vurub. Hadisədən dərhal sonra Nazilə polisə şikayət edib.
Şikayət əsasında İsmayıl Nəcəfov aidiyyəti üzrə polis orqanına dəvət olunub və barəsində protokol tərtib olunub.
İsmayıl Nəcəfov ifadəsində bildirib ki, Nazilə ilə 9 il münasibətləri olub və bu münasibətə görə hətta ailəsi də dağılıb. O, Naziləgilə verdiyi dondurmaları nəvələrinə aldığını qeyd edib. Yekun sözündə isə barəsində yüngül cəza verilməsini məhkəmədən istəyib.
Məhkəmənin qərarı ilə İsmayıl Nəcəfov 300 manat məbləğində inzibati qaydada cərimələnib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












