Müəllimlər üçün diaqnostik qiymətləndirmə - Tarixlər AÇIQLANDI

2013-2018-ci illərdə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, direktor və direktor müavinlərinin, eləcə də gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb və onların əməkhaqlarında artımlar edilib.
Ötən müddət ərzində sistemdə çalışan bəzi təhsilverənlərin isə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmadığından onların əməkhaqlarına artımların tətbiqi mümkün olmayıb.
Avtosfer.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli sosial media hesabında bildirib.
O vurğulayıb ki, bu səbəbdən sentyabrın 8-10-da yalnız diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən şəxslər üçün proses təşkil ediləcək.
"Diaqnostik qiymətləndirməyə cəlb edilmiş və ya MİQ nəticəsində işə qəbul edilmiş şəxslərin prosesə cəlb olunması nəzərdə tutulmur.
Proses yalnız test imtahanı mərhələsindən ibarət olacaq. İştirakçılara 90 dəqiqə ərzində 40 ixtisas, 20 tədris metodikası və təlim strategiyaları üzrə olmaqla, ümumilikdə 60 sual təqdim ediləcək.
Diaqnostik qiymətləndirmədən keçmiş hesab olunmaq üçün hər bölmə üzrə sualların ən azı 10 faizinə düzgün cavab vermək tələb olunur.
Prosesin təşkilində əsas məqsəd müəllimlərin bilik və bacarıqlarını müəyyənləşdirmək, onların peşəkar inkişafına dəstək olmaq və əməkhaqqı artımından yararlanmalarına imkan yaratmaqdır", - deyə o qeyd edib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












