Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib

Rusiya və Ukrayna ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin daxil olduğu ABŞ nümayəndə heyətinin regiona səfəri ilə əlaqədar iki ölkənin paytaxtlarına zərbə endirilməməsini nəzərdə tutan qısamüddətli atəşkəs barədə razılığa gəliblər.
Avtosfer.az xəbər verir ki, bu barədə "İnterfaks"a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, bu atəşkəs rejiminin sentyabrın 5-dən 8-dək qüvvədə olacağını təsdiqləyib.
"Rusiya Prezidenti Vladimir Putin bu gün gecə saat 12-dən başlayaraq üç gün ərzində Kiyevə zərbələr endirməmək barədə göstəriş verib", - D.Peskov qeyd edib.
Qeyd edək ki, daha əvvəl S.Uitkoff və C.Kuşnerin Ukraynadakı münaqişənin həllinə dair Rusiya rəhbərliyi ilə məsləhətləşmələr aparmaq üçün bu gün Moskvaya getdiyi bildirilmişdi. Sabah ABŞ nümayəndə heyəti Kiyevdə Ukrayna rəhbərliyi ilə də danışıqlar aparmağı planlaşdırır.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonda mümkün sülh sazişi ilə bağlı yeni ideya yaranıb. (Report)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












