Rəşad Nəbiyev: "Əsas fəaliyyət istiqamətlərimizdən biri insan potensialının inkişafıdır"

Azərbaycanda IT, kibertəhlükəsizlik, süni intellekt və əlaqəli ixtisaslar üzrə təhsilin səviyyəsi, eləcə də işəgötürənlərin universitet məzunlarından gözləntiləri ilə bağlı geniş araşdırma aparılıb. Araşdırmanın nəticələrinə əsasən, hazırda ölkədə bu ixtisaslar üzrə hər il təxminən 4 min tələbə məzun olur. Lakin işəgötürənlərlə aparılan müzakirələr göstərir ki, bu kəmiyyət göstəricisi hər zaman keyfiyyətlə üst-üstə düşmür.
Avtosfer.az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZCON Mühəndislik və Texnologiya Məktəbinin təqdimatına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, texnologiyalar sürətlə inkişaf edir və universitetlər sənaye müəssisələri və şirkətlərlə sıx əməkdaşlıq etmədən onların gözləntilərinə uyğun tələbə hazırlaya bilməz: “Bu məqsədlə Elm və Təhsil Nazirliyi ilə genişmiqyaslı proqram üzərində işlədik. Proqram məktəbdən universitetə, universitetdən isə iş həyatına qədər bütün mərhələləri əhatə edir.
Artıq proqramın icrasına başlamışıq. Bu ildən etibarən İspaniyanın “Indra” şirkəti ilə birlikdə kibertəhlükəsizlik, süni intellekt və data elmlərini əhatə edən “bootcamp” proqramına start vermişik. Digər tərəfdən, “Azcon Holding” və onun tərkibinə daxil olan şirkətlər tərəfindən qabaqcıl universitetlərin istedadlı tələbələrinin təcrübə keçməsi üçün şərait yaradılıb”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












