Şuşanın Turşsu qəsəbəsində tikinti işlərinə başlanılacaq

Bu gün Şuşada 1 411 nəfər keçmiş məcburi köçkün – şuşalılar məskunlaşıb. Yaşayış binalarının tikintisi davam edir və gələn il böyük köçün həyata keçirilməsi planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Eyni zamanda, bu il Şuşa rayonunun bərpa və təmir işləri yekunlaşmaqda olan iki kəndinə – Böyük Qaladərəsi və Kiçik Qaladərəsinə xeyli sayda ailənin köçürülməsi nəzərdə tutulur.
Bundan əlavə, Şuşanın Turşsu qəsəbəsinin layihəsi hazırlanır. Qəsəbə sıfırdan inşa ediləcək və tikinti işlərinə bu il başlanılması planlaşdırılır. Ümid edilir ki, gələn il həmin qəsəbəyə də köç həyata keçiriləcək.
Daşaltı turizm kəndində isə inşaat işlərinə bu yay start veriləcək. Layihə özəl investisiyalar hesabına, özəl sahibkar tərəfindən icra olunacaq və burada müasir, möhtəşəm turizm kəndinin yaradılması nəzərdə tutulur.
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri












