Tikintidə yatan 65 yaşlı şəxs: “Övladlarımı biabır etmək istəmirəm“ - VİDEO

Bakıda kişi 10 ildən çoxdur ki, küçədə yaşayır. 65 yaşlı Mehdi Əliyevin qonşuların verdiyi yorğan döşək, köhnə gödəkçə, əsa kimi istifadə etmək üçün yerdən tapdığı taxtadan başqa heç nəyi yoxdur.
Avtosfer.az xəbər verir ki, o, Sahil qəsəbəsindəki yarımtikililərdən birində qalır və tək istəyinin sığınacağa yerləşdirilmək olduğunu deyir.
"Həyat yoldaşımla boşanmışıq. Bir oğlum, bir qızım var. Ailəm yaşayışıma görə məndən utanır. Mən də onları biabır etmək istəmədiyim üçün yanlarına getmirəm", - deyə o söyləyib.
M.Əliyev deyir ki, sığınacağa yerləşmək üçün müraciət edib, lakin yaşı 70-i keçmədiyi üçün onu qəbul etməyiblər.
Baku TV-nin müraciəti əsasında Sosial Xidmətlər Agentliyinin nümayəndəsi əraziyə gələrək baxış keçirib. Çətin şəraitdə yaşayan vətəndaşla həmsöbət olub qiymətləndirmə aparıb.
"Sözügedən şəxs içki aludəçisidir. Agentliyin həssas əhali qruplarına aid edilən şəxslər üçün sığınacaq və ya Sosial Reabilitasiya Müəssisəsinə yoluxucu xəstəlikləri, spirtli içki aludəçiliyi və narkotik asılılığı kimi vərdişləri olan şəxslərin qəbul edilməsi orada yaşayan digər vətəndaşların təhlükəsizliyi baxımından məqsədəuyğun deyil. Onun ilkin olaraq tibbi reabilitasiyaya cəlbi həyata keçirilərsə, agentliyin müvafiq müəssisəsinə yerləşdirilməsi məsələsinə baxılacaq", - deyə qurumdan bildirilib.
Ətraflı süjetdə:
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












