"WUF13 Prezident İlham Əliyevin ideya və həll yollarını dinləmək üçün yaxşı imkandır" - Vuçiç

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılmasında mühüm rol oynadığını bəyan edib.
Avtosfer.az xəbər verir ki, Prezident Aleksandar Vuçiç AzərTAC-a açıqlamasında bildirib ki, WUF13-ün əhəmiyyəti yalnız tədbirin özündə deyil, həm də müxtəlif ölkələrdən liderlərin bir araya gələrək fikir mübadiləsi aparmasındadır.
“Azərbaycan bu tədbirə ev sahibliyi edir və bu, Prezident İlham Əliyevin ideya və həll yollarını dinləmək üçün yaxşı imkandır. Eyni zamanda, digər Prezident və Baş nazirlərlə də müxtəlif təcrübə və baxışların mübadiləsi aparılır”, - deyə Prezident Aleksandar Vuçiç bildirib.
Serbiya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevlə bu gün keçirdiyi görüşdən məmnun qaldığını və WUF13 çərçivəsində yeni təcrübələr əldə edəcəklərinə inandığını vurğulayıb.
“Düşünürəm ki, burada öyrənəcəyimiz bir çox məsələləri Serbiyada tətbiq edə və insanlarımız üçün faydalı nəticələr əldə edə biləcəyik”, – deyə Aleksandar Vuçiç əlavə edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












