Xəzər və Qara dəniz limanları əməkdaşlığı genişləndirir - FOTOLAR

ADY-nin Bakı Beynəlxalq Dəniz Limanının təşkilatçılığı ilə CICA (“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə”) Liman Rəhbərləri Konfransı çərçivəsində Aktau, Kurık, Türkmənbaşı, Poti və Batumi limanlarının rəhbər heyətlərinin iştirakı ilə görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşün məqsədi Xəzər və Qara dəniz hövzələrini daha səmərəli, etibarlı və rəqabətqabiliyyətli nəqliyyat-logistika məkanına çevirmək istiqamətində əməkdaşlığın gücləndirilməsi olub.
Müzakirələr zamanı Orta Dəhlizin artan strateji əhəmiyyəti, region limanları arasında koordinasiyanın gücləndirilməsi, yük axınlarının daha sürətli və proqnozlaşdırılan şəkildə təşkili, eləcə də birgə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Qeyd olunub ki, 2026-cı ilin ilk 8 ayının ilkin göstəricilərinə əsasən, Bakı Limanı ilə Türkmənistan limanları arasında yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 34,6%, Qazaxıstan limanları ilə isə 6% artıb.
Görüş çərçivəsində limanların üzləşdiyi çağırışların birgə müzakirəsi və regional əməkdaşlığın daha institusional və dayanıqlı əsasda inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.




Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












