"Bölgələrdə kamera az olduğu üçün qaydalar daha çox pozulur" - AÇIQLAMA - VİDEO

Məlum olduğu kimi, Nazirlər Kabinetinin əmri ilə noyabrın 20-dən etibarən aprelin 1-ə qədər ölkə ərazisində Novruz, eləcə də Ramazan bayramı ilə əlaqədar qeyri-iş günü elan edildi. Bununla bağlı ölkəmizin hər yerində bayram tonqalları qalanır, Novruza aid digər adət və ənənələr həyata keçirilir.
Bu zaman istər tonqalın qalanacağı yer, istər papaq atma zamanı uşaqların əyləncə yerləri sürücülər üçün müxtəlif təhlükələr yarada bilər. Eləcə də, bölgələrə, həmçinin bayram tədbirləri ilə əlaqədar paytaxta səyahət edənlərin sayı artır.

Avtosfer.az xəbər verir ki, yaranan vəziyyətlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Müraciətdə bayram ərəfəsində yollarda hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, sürücülərə sürət həddinə əməl etməyin, ötmə və manevretmə qaydalarına riayət etməyin, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyin, həmçinin sərnişinlərin təhlükəsizliyini tam təmin etməyin vacibliyi vurğulanıb.
Mövzuya saytımızın sosial şəbəkə hesablarında canlı yayım zamanı şərh verən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, vətəndaşlar bayram tonqallarını yollardan maksimum kənarda qalamalıdır:

“Avtomobillərin yanında, yaxınlığında tonqal qalamaq olmaz. Xüsusən elektrikli və qazla işləyən avtomobillərdən maksimum uzaqlıqda tonqal qalamaq lazımdır. Uşaqlara bu mövzuda nəzarət edilməlidir. Təkər yandıran uşaqlara belə rast gəlinir. 2013-cü ilin bayram günü 5 nömrəli xəstəxanın yanıq şöbəsinə bir uşaq gətirmişdilər, qapqara külün içində idi. İçərisində disk olan təkəri yandırıb çıxıb üstündə dayanıbmış. Təkərin içərisində hava olduğuna görə qəflətən partlamışdı. Uşağı da havanın təzyiqi qaldırıb çırpmışdı tonqalın içinə. Bütün bu məsələlərdə diqqətli olmaq lazımdır. Tonqal bayramda şənlənmək üçündür. Kiçik bir tonqal qalayıb əylənmək, üzərindən tullanmaq olar, içərisinə partlayıcı materiallar atmaq olmaz. Xüsusən də son avxtlar bayram tonqalının içərisinə dezodorant, müxtəlif sprey qutuları atırlar. Bu cür əyləncə məqsədilə atılan səhv addımlar sonradan müxtəlif fəsadlara gətirib çıxara bilər”.
Elməddin Muradlının bayram tonqalı ilə bağlı şərh etdiyi həmin videonu sizə təqdim edirik:
Səfər
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO












