“BMW"nin bu modelləri ilə bağlı Azərbaycanda niyə problem yaranır? – EKSPERT AÇIQLADI - VİDEO

Son zamanlar Azərbaycanda “Plug-in Hybrid” tipli “BMW” modellərinə maraq artıb. Xüsusilə xaricdən sifariş olunan bu nəqliyyat vasitələrinin sayının çoxalması bir sıra problemləri də gündəmə gətirib. Əsasən ikinci əl bazarından və ya müxtəlif ölkələrdən gətirilən bu avtomobillərlə bağlı avtomobil sahibləri tez-tez problemlə üzləşdiklərini bildirirlər.
Avtosfer.az xəbər verir ki, bu məsələyə diqqət çəkmək və insanları maarifləndirmək məqsədilə avtomobil eksperti Şahin Göyüşov şəxsi “YouTube” kanalında geniş şərh verib.

O bildirib ki, son dövrlərdə ona bu modellərlə bağlı çoxsaylı müraciətlər daxil olur:
“BMW Plug-in Hybrid” modelləri Azərbaycanda artmağa başlayıb. Bununla əlaqədar mənə çox müraciətlər gəlir. Çünki bu modellərdə böyük fəsadlar var. Əvvəlcə onu deyim ki, bu avtomobillərin bəzilərində sadəcə kruiz kontrolun üzərindəki bant qopub və heç kim bunun fərqində deyil. Dünya “BMW” üçün canını verir, amma bu cür detallara diqqət edilmədikdə ciddi fəsadlar ortaya çıxır.”
Ekspertin sözlərinə görə, əsas problem həmin avtomobillərin servis və təmir imkanlarının məhdud olması ilə bağlıdır:
“Bu avtomobilləri alanda çoxları unudur ki, onların orijinal servisləri olduqca bahalıdır. Məsələn, Almaniyada və ya Amerikada bu maşının sahibi servisdə yağı dəyişəndə 5000 dollar ödəyə bilər. Amma Azərbaycanda onu kənar yerdə dəyişəndə 200 dollara başa gəlir. Bu da avtomobilə uyğun olmayan yağların istifadəsinə və nəticədə texniki nasazlıqlara səbəb olur.”
Şahin Göyüşov qeyd edir ki, bu modellərdə orijinal ehtiyat hissələrinin əvəzinə uyğun olmayan detallardan istifadə edilməsi gələcəkdə mühərrik və sürət qutusu kimi əsas komponentlərdə ciddi zədələnmələr yaradır.
O, xüsusilə avtomobilin gövdə quruluşunda və ox ölçülərində edilən yanlış düzəlişlərin fəsadlarından danışır:
“Avtomobili gətirən zaman bəzən elə bir xətaya yol verirlər ki, maşının oxu düzgün quraşdırılmır. Bu da bir müddət sonra avtomobilin gedişində problemlərə səbəb olur. Altı ay keçməmiş avtomobilin alt hissəsində təmirə ehtiyac yaranır. Bu da əlavə xərc və vaxt itkisinə səbəb olur.”
Daha ətraflı videomaterialda:
Eltac Zülfüqaroğlu
Bu yollarda duman var
Avtomobildə dəm qazından ölüm niyə baş verir? - Bunları bilmək VACİBDİR - DİQQƏT - FOTO
Yol hərəkəti təhlükəsizliyində problemin kökü uşaqlıqdan başlayır – MÜTƏXƏSSİS - VİDEO
Azərbaycanda piyadavurma hadisələri niyə azalmır? – Mütəxəssis AÇIQLADI - VİDEO
Qışda avtomobili bu ərazilərdə park etmək təhlükəlidir – Sürücülərə TÖVSİYƏ
Dairəyə daxil olan sürücü bu qaydaya əməl etməsə 40 manat cərimələnəcək – VİDEO
Qadınlar qabaq oturacaqda əyləşə bilməz - SƏBƏB
Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Butulka effektli yollarda qəzaların qarşısını necə almaq olar? – Mütəxəssis İZAH ETDİ - VİDEO
Sürücülərə xəbərdarlıq: Parklanmada buna diqqət etməsəniz, cərimə qaçılmazdır
Yola paralel parklanan maşınlardan azı 1 metr uzaq keçmək lazımdır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ - VİDEO











