Boş yer görən kimi özünü ora soxan sürücülər bunları bilməlidir - AÇIQLAMA

Tıxac zamanı bəzi sürücülər daha sürətli irəliləmək üçün tez-tez zolaq dəyişdirirlər. Lakin araşdırmalar göstərir ki, bu, düşündükləri qədər böyük bir üstünlük vermir.
Avtosfer.az xəbər verir ki, Toronto Universitetinin tədqiqatına görə, daim zolaq dəyişən sürücülər ümumi səyahət vaxtının maksimum 2%-nə qənaət edir. İntensiv nəqliyyat axınında isə bu qazanc daha da azalır.
Ekspertlər bildirirlər ki, lüzumsuz olaraq tez-tez zolaq dəyişmək qəza riskini artırır. ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatına əsasən, yol qəzalarının 10%-dən çoxu zolaqların səhv dəyişdirilməsi ilə bağlıdır. Xüsusilə sıx nəqliyyat axınında qəfil zolaq dəyişmək toqquşma ehtimalını artırır.
Mütəxəssislər hesab edirlər ki, bu vərdiş yanacaq sərfiyyatını artırır, karbon emissiyasını yüksəldir və hərəkətin ümumi axınını pozur. Bunun əksinə, sabit zolaqda qalmaq həm daha təhlükəsiz, həm də daha effektiv ola bilər.
Xüsusi hallar istisna olmaqla (məsələn, yol işləri, təcili yardım maşınına yol vermək və s.), daim zolaq dəyişməyə ehtiyac yoxdur. Nəqliyyatda daha az hərəkət etməklə bəzən daha sürətli getmək mümkündür.
Eltac Zülfüqaroğlu
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO












