Enişlə hərəkət edərkən qəfil tormoz qəzaya səbəb ola bilər - VİDEO

Bəzən sürücülər enişli-yoxuşlu yollarda hərəkət zamanı sürət qutusunu dəyişmədən davam edirlər. Bu isə avtomobilin sürətinin get-gedə artmasına səbəb olur və nəzarəti çətinləşdirir və qəza riski yüksəlir.
Avtosfer.az xəbər verir ki, digər bir səhv yanaşma isə sürücülərin daimi olaraq əyləc pedalına basmasıdır. Bu zaman əyləc diskləri həddindən artıq qızır, əyləclərin effektivliyi azalır və nəticədə "fading" (əyləc itməsi) adlanan təhlükəli vəziyyət yaranır. Bu halda avtomobilin əyləcləri düzgün işləmədiyi üçün sürücü idarəetməni itirə bilər.
Düzgün yanaşma nədir?
Mütəxəssislər avtomatik ötürməli avtomobillərlə eniş zamanı yalnız əyləcə güvənməməyi tövsiyə edirlər. Bunun əvəzinə, sürət qutusunu "manual" (əl rejimi) rejiminə keçirmək və aşağı sürət pillələrindən istifadə etmək lazımdır. Bu zaman avtomobilin sürəti mühərrik tərəfindən idarə olunduğuna görə nəzarət daha asan olur və əyləc sisteminin həddindən artıq qızmasının qarşısı alınır.
Bundan əlavə, sürücülərə eniş zamanı ani və sərt əyləc vurmamaq əvəzinə, interval şəklində və ehtiyatlı əyləcləmə texnikasından istifadə etmək tövsiyə olunur.
Avtomatik ötürməli avtomobillərlə eniş zamanı düzgün sürücülük vərdişləri qəza riskini azaldır və avtomobilin əyləc sistemini qoruyur. Sürücülərin bu mövzuya diqqətlə yanaşması, həm onların təhlükəsizliyini, həm də avtomobillərinin uzunömürlü olmasını təmin edəcək.
Eltac Zülfüqaroğlu
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO












