“STAR-STOP” sistemi avtomobilə necə zərər vurur? – ARAŞDIRMA - FOTO

Avtomobil dünyasında son illərdə geniş yayılan “STAR-STOP” sistemi haqqında müxtəlif fikirlər formalaşıb. Bəziləri bu texnologiyanın yanacağa qənaət etdiyini desə də digərləri mühərrikə zərər verdiyini düşünür. Bəs bu sistemin zərərləri həqiqətən varmı?
Avtosfer.az xəbər verir ki, bu sistemin əsas məqsədi avtomobil hərəkətsiz qaldıqda mühərriki avtomatik söndürərək yanacağa qənaət etmək və ətraf mühitə buraxılan zərərli qazları azaltmaqdır. Məsələn, avtomobil işıqforun qarşısında dayandıqda sistem mühərriki söndürür və sürücü qaz pedalına basdıqda onu yenidən işə salır.
Lakin bir çox sürücü bu sistemin tez-tez mühərrikin dayanıb işə düşməsi səbəbindən əlavə nasazlıqlara yol aça biləcəyindən narahatdır. Ekspertlər bildirirlər ki, müasir avtomobillər bu sistemə uyğunlaşdırılmış daha güclü marş motoru və akkumulyatorla təchiz olunur. Həmçinin yağlama və soyutma sistemi də bu dəyişikliklərə uyğun dizayn edilir.
Manuel sürücülükdə “START-STOP” necə işləyir?
Manuel ötürücülü avtomobillərdə sistem vitesin boşda olması və pedal buraxıldıqda mühərriki söndürür. Yenidən işə salmaq üçün sürücü sadəcə pedala basmalıdır. Bu da daha səmərəli yanacaq istifadəsi və daha az səs-küy deməkdir.
Sistemin mühərrik üçün zərəri varmı?
“STAR-STOP” sisteminin yağ dövranına təsir göstərməsi səbəbindən bəzi əlavə yüklər yaransa da müasir mühərrik yağları və texnologiyalar bu sistemə uyğundur. Köhnə model avtomobillərdə bu sistemin zərərli ola biləcəyi qeyd edilir, lakin yeni nəsil avtomobillərdə bu hallar nəzərə alınaraq istehsal olunur.

Zərər riskini minimuma endirmək üçün nə etməli?
1)Avtomobilin texniki baxımını vaxtında etdirmək;
2)Keyfiyyətli mühərrik yağı istifadə etmək;
3)Akkumulyatorun vəziyyətini daimi nəzarətdə saxlamaq vacibdir.
Bəzi sürücülər şəhəriçi istifadə zamanı sistemin yanacağa qənaət etdiyini bildirir. Digərləri isə sistemin fasilələrlə işləməsini narahatedici sayır. Bu isə daha çox fərdi vərdişlər və sürüş tərzi ilə bağlıdır.
Nəticə olaraq, “STAR-STOP” sistemi düzgün istifadə olunduqda həm yanacaq sərfiyyatını azaldır, həm də ətraf mühitə fayda verir. Amma avtomobilin texniki durumu və sürücünün vərdişləri nəzərə alınmadan istifadə edilərsə, mənfi təsirlər yarana bilər.
Eltac Zülfüqaroğlu
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO












