Sürücülər bu qaydalara əməl etməsə cərimələnə bilər - Ev heyvanı maşında necə daşınmalıdır?

Bu gün Bakının Zərif Əliyeva küçəsində yol polisi əməkdaşları ilə vətəndaş arasında nəqliyyat vasitəsində ev heyvanlarının daşınması qaydalarına riayət olunmaması səbəbindən yaranan mübahisə ilə bağlı xəbər dərc etmişdik. Mübahisənin əsas səbəbi heyvanların ağızlıq olmadan avtomobildə aparılması olub. Vətəndaş polisə etiraz edərək heyvanın şəxsi nəqliyyat vasitəsində olduğunu və onu istədiyi kimi daşımaq hüququnun olduğunu bildirib.
Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, heyvanların daşınması və saxlanılması qanunla müəyyən edilmiş qaydalara əsasən tənzimlənir:

“İnzibati Xətalar Məcəlləsinin 290.1.2-ci maddəsi ilə ev heyvanlarının nəqliyyat vasitələrində aparılması şərtlərinin pozulmasına görə 200 manat məbləğində cərimə tətbiq edilir. Bu cəriməni baytarlıq xidmətinin əməkdaşları, sahə müvəkkilləri, Daxili İşlər Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tətbiq edə bilər. Yol polisi isə bu qaydanın pozulmasını aşkar etdikdə birbaşa cərimə yaza bilməz, lakin sahə müvəkkilinə məlumat verə bilər ki, müvafiq tədbir görülsün".

Ekspert əlavə edib ki, ev heyvanlarının avtomobildə sərbəst şəkildə daşınması sürücü və hərəkətin digər iştirakçıları üçün ciddi təhlükə yarada bilər:
“Məsələn, it və ya pişik pedalların altına girə, sürücünün idarəetməni itirməsinə səbəb ola bilər və bu, qəza ilə nəticələnə bilər. Bundan əlavə, heyvanın maşında sərbəst hərəkət etməsi sürücünün diqqətini yayındıra, hətta onu cırmaqlayaraq idarəetməni itirməsinə səbəb ola bilər. Bəzi vətəndaşlar bu qaydalara ciddi yanaşmır və "bu mənim şəxsi əmlakımdır, nə istəsəm edə bilərəm" yanaşması ilə çıxış edirlər. Lakin şəxsi mülkiyyət hüququ kiməsə başqalarının təhlükəsizliyinə və ictimai qaydalara zidd davranmaq haqqı vermir”.
Fidan
Prospektdə maşınlarını səkidə satışa çıxaran obyekt piyadalara mane olur - VİDEO
Maşın sürə-sürə prospekti zibillədi – 10-YE-955 - VİDEO
Nişana baxmayan sürücü baş yoldakı maşına təhlükə yaratdı - VİDEO
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO












