Baş yolda olan maşına baxmadan qarşısına çıxan sürücü - 90-DD-105 - VİDEO

Növbəsini gözləmədən yolayrıcına daxil olan sürücülər kifayət qədərdir. Bəzi küçələrdə quraşdırılan işıqforlar sürücülərin hərəkətini nizamlayır. Lakin nizamlanmayan yolayrıcılarında vəziyyət çətinləşir. Bu halda bəzi sürücülər hərəkət üstünlüyü olan maşına yol vermədən hərəkət edirlər. Hətta bir qismi yolayrıcına girən zaman yola baxmadan sağa, yaxud sola dönürlər. Nəticədə onlar təhlükə yaratmaqla yanaşı qəzalara da səbəb olurlar.
Paytaxtın Nəsimi rayonu Mirəli Qaşqay küçəsində qeyd etdiyimiz qayda pozuntusunu törədən sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, 90-DD-105 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü yolayrıcına daxil olarkən baş yoldan gələn avtomobilə məhəl qoymayıb və sağa dönüb. Kadrda sürücünün yola baxmadan hərəkət etməsi də əks olunub. Xoşbəxtlikdən görüntünü qeydə alan sürücü maşını saxlayaraq ona yol verib.
Nərmin
Bakıda kuryer motosikletin ön təkərini qaldırıb “şou” göstərdi - VİDEO
Prospektdə maşınlarını səkidə satışa çıxaran obyekt piyadalara mane olur - VİDEO
Maşın sürə-sürə prospekti zibillədi – 10-YE-955 - VİDEO
Nişana baxmayan sürücü baş yoldakı maşına təhlükə yaratdı - VİDEO
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO












