Göyçay bazarında avtomobil piştaxtaların üstünə çıxıb, xəsarət alanlar var - ANBAAN VİDEO - FOTO

Göyçay rayonunda bazarda qəza baş verib, xəsarət alanlar var.
APA-nın xəbərinə görə, hadisə bu gün saat 11:30 radələrində Göyçay şəhərindəki "Təzə Bazar"da qeydə alınıb. "VAZ 21099" markalı minik avtomobili bazarın içərisində hərəkət edərkən qəflətən idarəetmənin itməsi səbəbindən maşın piştaxtaların üstünə çıxıb, satıcı və alıcılar yüngül xəsarət alıb.
Məlumata görə, hadisə zamanı xəsarət alan 1974-cü il təvəllüdlü Qocayeva Səbirə Məcid qızı və digər qadın Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə vaxtı bazarda qorxu və həyəcan keçirən insanlara həkimlər tərəfindən tibbi yardım göstərilib. Araşdırma zamanı məlum olub ki, sürücü hadisəni qəsdən törətməyib. Avtomobili idarə edərkən onun ayağında çəkələk olub. Sürücünün ayağından çıxan çəkələk avtomobilin qaz əyləcinə keçib, nəticədə avtomobilin sürəti qəflətən artdığı üçün hadisə baş verib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ














