Paytaxtda iki avtomobil toqquşdu, xəsarət alan var

Qəzalar 23 İyun 2021 09:10
Paytaxtda iki avtomobil toqquşdu, xəsarət alan var
WhatsApp kanalımıza abunə olun

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. 8 Noyabr prospektində iki avtomobilin toqquşması nəticəsində 1971-ci il təvəllüdlü Əfəndiyev Ruslan Şakir oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Oxunub : 1762
ŞƏRH YAZ
Ad

E-mail

Şərh