Qazaxda piyadanı avtomobil vurdu
Qəzalar
23 İyun 2021 08:56
Oxunub 1434

Qazax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə Aslanbəyli kəndində qeydə alınıb. Avtomobil 1985-ci il təvəllüdlü Rəşid Vəliyevi vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













